Yazını böyüt
Yazını kiçilt
“Xarici dünyaya açılmaq Çinin əsas dövlət siyasətidir və Çin heç vaxt texnologiya şirkətlərindən xarici investisiyalardan imtina etməyi tələb etməyib”.
Hafta.az yazır ki, bu barədə Çin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) sözçüsü Li Çao bildirib.
"Çin qlobal innovasiya şəbəkəsinə inteqrasiya olunmasında, qarşılıqlı faydalı beynəlxalq mübadilə və əməkdaşlıqda iştirak etməsində müəssisələrini dəstəkləyir", - deyə Li Çao əlavə edib.
O, xarici investisiya fəaliyyətlərinin Çin qanun-qaydalarına uyğun olmalı, Çinin milli təhlükəsizliyinə və ya maraqlarına zərər verməməli olduğunu vurğulayıb.
Li Çao əlavə edib ki, Çin xarici investisiya qanununu tətbiq etməyə, biznes mühitini yaxşılaşdırmağa və riskləri düzgün idarə etməyə davam edəcək.